Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Un ucuzlaşdı, çörək də ucuzlaşır?

Tarix: 06-01-2023 09:34     Baxış: 4247 A- / A+

Xəbər verdiyimiz kimi, ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb. Belə ki, 50 kq un 38 manat, bəzi yerlərdə isə 35 manata satışa çıxarılıb. Unun ucuzlaşması "çörək də ucuzlaşacaqmı?" sualını aktuallaşdırıb.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı publika.az-a danışıan iqtisadçı Eldəniz Əmirov bildirib ki, dünya bazarında taxılın qiymət dinamikası ilə Azərbaycandakı dinamika fərqlidir. Yəni dünya bazarında taxılın qiyməti endikdən bir neçə ay sonra Azərbaycana təsir edir.

“Öncəliklə qeyd edim ki, unun qiymətində sözügedən azalma hər yerdə eyni deyil. Bəzi yerlərdə qiymətlər dəyişkəndir 38, 39, 40 manat təşkil edir. Hesab etmirəm ki, sözügedən azalma çörəyin qiymətinin aşağı düşməsinə gətirib çıxarsın
Dünya bazarlarında taxılın qiymətində olan dinamika və ölkəmizdə olan dinamikaya baxsaq, görərik ki, artım və ya azalma onlara nisbətən bizdə gecikmələrlə baş verir. Belə deyək, bazardan bir neçə aylıq ehtiyatlar alınır, istifadəyə verilir. Ona görə də, birjalarda olan yeni buğda qiyməti unun qiymətinə dərhal təsir etmir. Bunun üçün müəyyən bir vaxt lazımdır”.
İqtisadçı hesab edir ki, unun qiymətində müşahidə edilən azalma çörəyin qiymətinə təsir etməyəcək. Onun sözlərinə görə, bəlkə də, bir neçə ay sonra cüzi də olsa qiymətlərdə fərq hiss oluna bilər. Amma hazırki vəziyyətdə bu, bir qədər real görünmür.
“Təsəvvür edin, 50 kq çəkisi olan unun qiymətində bir manatlıq eniş varsa, 50 kiloluq undan 100 ədəd çörək hazırlanır. Belə desək , 100 çörəyin qiymətində bir manat eniş var və yaxud iki manat eniş varsa, o zaman bu, bir çörəkdə təxminən iki qəpik azalma deməkdir. Bu səbəbdən unun ucuzlaşması çörəyin qiymətinə deyil, sadəcə çəkisinə müəyyən qədər təsir edə bilər”.
E.Əmirov qeyd edib ki, əgər un qiyməti 35 manata düşərsə və proses bir neçə ay davam edərsə, bu zaman çörəyin məbləğində də bir qədər ucuzlaşma olması gözləniləndir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar