Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ətin kilosu 20 manat oldu

Tarix: 03-01-2023 18:22     Baxış: 3226 A- / A+
Azərbaycanda ətin kilosu 20 manat oldu

Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.
Manev.az yenisabah.az-a istinadla xəbər verir ki, bu gün Bakı bazarlarında monitorinq aparan əməkdaşı qiymət artımının səbəbləri ilə maraqlanıb.
Satıcılar ətin bahalaşmasının bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər.
Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.
Satıcılar deyiblər ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.
Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar