Xəbər lenti
Bu şəxslər 5 il daha tez pensiyaya çıxacaq
Gələn ilin əvvəlindən müxtəlif peşə və vəzifələrdə çalışan vətəndaşlar 5 il tez pensiyaya çıxa biləcəklər.
Nazirlər Kabinetinin yeni qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na əlavələr edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti sektorunun müdiri Aynurə Zamanovanın sözlərinə görə, siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.
Qeyd edək ki, bu ilin iyun ayında da "Əmək pensiyaları haqqında" qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni yanaşmalar tətbiq edilib.
Digər bir yenilik isə pensiya təyinatı zamanı sığorta stajının müddətinin 3 il artırılılması ilə bağlıdır.
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Dəyişikliyə əsasən, sığorta stajının müddəti 3 il artırılaraq 2026-cı ilə qədər uzadılıb. Pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində kapital məbləğindən asılı olmayaraq pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanacaq.
Qeyd edək ki, bu qanun da 2023-cü il yanvarın 1-dən qüvvəyə minir
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar