Sizin Reklam Burada
Xəbər lenti
25-01-2025
24-01-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda bu bankın kartları ləğv edilir

Tarix: 30-12-2022 23:19     Baxış: 4249 A- / A+


Naxçıvandakı dövlət idarə və müəssisələrində çalışan işçilərin əmək haqqı kartları dəyişdirilir.

Bu günə qədər buradakı bütün müəssisə və təşkilatlar maaş kartı almaq və digər əməliyyatlar aparmaq üçün yalnız “Naxçıvanbank” ASC-dən istifadə edə bilərdilər. Çünki Naxçıvan Maliyyə Nazirliyi onlara ayrılmalı olan vəsaiti həmin banka köçürür, bütün əməliyyatlar məcburi orada aparılırdı.

"Naxçıvanbank"ın Ali Məclisin keçmiş sədri Vasif Talıbovun qızı Bahar Talıbovanın nəzarətində olduğu bildirilir.

Naxçıvanda DTX əməliyyatlara başlayandan bir müddət sonra isə vəziyyət dəyişib. Artıq Naxçıvandakı bütün təşkilatlara işçi kartlarını dəyişmək üçün tapşırıqlar verilib. Bundan sonra işçilər maaşlarını "Kapital Bank"ın Naxçıvan filialı üzərindən alacaqlar.

Təhsil sahəsində çalışan Habil Həsənov deyir ki, köhnə kartlarına maaş yatırılmadığından, ötən ayın əmək haqqını ala bilməyiblər:

“10 gün əvvəl bütün təhsil şöbəsinin müdirlərinə tapşırıq gəlib ki, işçilərin kartları dəyişdirilsin. İşçilərə kartlar “Kapital Bank”ın Naxçıvan filialından sifariş edilsin və əməliyyatlar da orada aparılsın. Bizim bütün köhnə kartları topladılar. Bu ayın sonundan "Kapital Bank”a məxsus maaş kartlarının paylanmasına başlanılacaq, qalıq maaşlar da ora yatırılacaq".

Məlumatı Naxçıvandakı digər idarə və müəssisələrin əməkdaşları təsdiq ediblər. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar