Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Sizin hər biriniz bir Azərbaycansınız” - VİDEO

Tarix: 30-12-2022 20:27     Baxış: 4202 A- / A+

Hər dəfə Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Mübariz İbrahimovun adına məktəbin şagirdləri ilə görüşəndə xalqımızın necə istedadlı olduğuna bir daha əmin oluram. Ailə mədəniyyətinə, sənətə, təhsilə yüksək həvəsə şahidlik edirəm. Bu, olduqca gözəl hisslərdir.
Manevr.az xəbər verir ki, bu sözləri "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Feysbuk hesabında paylaşıb.
“Bir xalqın formalaşması, sağlam və xoşbəxt gələcəyini qurması üçün təhsil, elm çox önəmlidir. Bu uşaqlarla görüşəndə necə gözəl balaların yetişdiyini gördüm. Hər birinin gözündə Vətənə sevgi və məhəbbət parıldayırdı. Hər zaman belə olun, əziz balalar. Vətəni sevin, ürəyiniz vətənlə döyünsün, xalqımıza və dövlətimizə faydalı vətəndaş olun. Açığı, sizin belə gözəl qarşılamağınız, mehribanlığınız mənim üçün gözlənilməz oldu. Zövqlə, qəlbinizin istisi ilə qurduğunuz səhnəciklər, nümayiş etdirdiyiniz rəqslər, səsləndirdiyiniz şeirlər sizin yüksək vətənpərliyinizin bariz nümunəsi idi. Hər zaman sizin arxanızdayam, dəstək verirəm və Allahın izni ilə bundan sonra da dəstək verəcəyəm.
Sizin hər biriniz bir Azərbaycansınız. Vətəni gözəl şəkildə təmsil etməniz üçün oxumalısınız, savadlanmalısınız. Əziz balalar, bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2023-cü ilinizi təbrik edirəm. Sağlam olun, savadlı olun, bunlar olduqdan sonra həyata baxışınız da düzgün olacaq. Mən əminəm ki, sizin aranızdan müxtəlif sahələrdə çalışan mütəxəssislər, sənət və elm adamları yetişəcək. Buna görə də hər zaman o fədakar müəllimlərə təşəkkür edin. Sizə gözəl bir günə görə minnətdaram. Bu qədər səmimi bir mühitdə olmaq hər kəsə də nəsib olmur amma...” - iş adamı qeyd edib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar