Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda DTX ləğv edildisə, DİN niyə saxlanılır?

Tarix: 30-12-2022 10:13     Baxış: 4320 A- / A+



Naxçıvanda Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Gömrük Komitəsi ləğv edilərək, əvəzində mərkəzə tabe baş idarələr yaradılıbsa, digər strukturlarda da eyni proseslərin cərəyan edəcəyini gözləyirik. Çünki Naxçıvanda çox şeylər ölkəmizin konstitusiyası ilə üst-üstə düşmür.
Manevr.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər nazirinin təyin edilməsinə münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, Naxçıvan Daxili İşlər Nazirliyi böyük bir bürokratik aparatdır:
"Müəyyən şərhlərdə belə hesab edilir ki, orada kadr ordusunu və ya kadrları, ştat vahidlərini ixtisar edərək müəyyən həddə saldıqdan sonra nazirlik baş idarəyə çevriləcək. Amma mən bu mövqeni bölüşmürəm. Baş idarə ola-ola da köhnə nazirlik strukturunda ciddi islahat aparmaq mümkündür".
Q.Hüseyni vurğulayıb ki, nazir vəzifəsinə o qədər də populyar olmayan, rayon polis idarəsinin rəisi işləmiş şəxs gətirilib:
"Təzadlı məsələlərdən biri də onun Ali Məclisin sədri tərəfindən təyin edilməsidir. Hesab edirəm ki, Naxçıvanda Ali Məclisdən tutmuş qanunvericilik və icra aparatına qədər, bütün struktur dəyişdirilməlidir. Bu dəyişikliklərin mahiyyətində də Azərbaycan Konstitusiyasında təsbit edilən unitar dövlət modeli əsas götürülməlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar