Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanın rəsmi qəzetində ilk tənqid: Dövran dəyişdi - ŞƏKİL

Tarix: 29-12-2022 13:18     Baxış: 5511 A- / A+

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə hazırda ölkə miqyasında şəhərdaxili gediş haqlarının 30 qəpik olmasına baxmayaraq, Naxçıvan şəhəri daxilində 2022-ci ilin yayından bu rəqəm artırılaraq 40 qəpik olub.
Manevr.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetindəki məqalədə bildirilib.

Vasif Talıbovun hakimiyyəti dövründə nəinki rəsmi, MR-i təmsil edən digər media qurumlarında ən kiçik tənqidə belə rast gəlmək mümkün deyildi. Amma Talıbovlardan sonra Naxçıvanın rəsmi mediası da neqativlərdən yazmağa başlayıb.
Qəzetin məqaləsində bildirilir:
“Həm ictimai nəqliyyatdan istifadə edən on minlərlə sakindən biri, həm də uzun müddət məlum səbəblərdən obyektiv tənqidə və müstəqil fikrə susqun buraxılmış bir qəzet əməkdaşı kimi insanların da tez-tez müzakirə etdiyi bu məsələ ilə maraqlanıb, yollandıq Naxçıvan şəhər nəqliyyatına məsul olan təşkilata. 
İnsafən həmin qurumda bizi yüksək səmimiyyətlə qarşılasalar da, burada gediş haqlarının nədən ölkə səviyyəsindən 25-30 faiz baha olması ilə bağlı sorğumuza dərhal cavab verə bilməyib bir az gözlətdirdilər. Halbuki Naxçıvan şəhərində işləyən marşrut avtobuslarının ön pəncərəsində sərnişinlərə 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının ödənilməli olduğunu xatırladan bildiriş, rəsmi qərarın nömrəsinədək burada bizə təqdim olundu.     
Mən də sizləri çox gözlətdirmədən onu qeyd edim ki, təxminən, yarım saatdan sonra idarə əməkdaşı məni təkrar otağına dəvət edib direktorun yanına qalxmağı təklif etdi. Təbii ki, bununla razılaşmayaraq, sadəcə, Naxçıvanda gediş haqlarının artırılması barədə rəsmi bir sənəd üçün gəldiyimizi israrla bildirdik. 
Sonda aldığımız şifahi cavabı olduğu kimi təqdim edirik:
“Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti dövlət dəstəyi olmadan yeni avtobuslar alması və kreditlərin ödənilməsi üçün onlara yuxarıdan verilən belə bir göstərişlə, guya, 2022-ci ilin oktyabrın 1-dən (halbuki bütün naxçıvanlılar qiymət artımının bundan azı 3-4 ay öncə olduğunu təsdiq edə bilərlər) gediş haqlarını artırıb”. 
Günün  sonuna qədər bu qərarı da kağız üzərində görə bilmədiyimiz üçün bizdə də belə bir fikir yarandı ki, onda yəqin kreditlər ödəniləndən sonra bu yeni avtobuslar ya bir müddət camaat üçün pulsuz işləməli, ya da kreditləri ödəmiş sadə naxçıvanlılara hədiyyə olunmalıdır. Məncə, qanuni əsası olmayan bu qərarın belə bir məntiqi sonluğu da olmalıdır. Son söz  isə dövlətimizindir”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar