Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bəxtiyar Hacıyev aclığı dayandırdı

Tarix: 29-12-2022 12:15     Baxış: 3238 A- / A+
Bəxtiyar Hacıyev aclığı dayandırdı

Həbsdə aclıq etdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyev aksiyanı dayandırıb. 

Manevr.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Bəxtiyar Hacıyev qanunsuz həbs həbs edilməsini, ona qarşı irəli sürülən ittihamların əsassız olmasını vurğulayaraq, dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində - öz işinə baxılarkən aclığa başladığını açıqlamışdı. Vəkili deyir ki, o gündən aclığı davam etdirən ictimai fəal ailə üzvlərinin, ictimaiyyətin və müdafiəçilərinin fikrini nəzərə alaraq, aclığı dayandırmağa qərar verib:
"Aclıq aksiyasını rəsmi və faktiki olaraq dayandırıb. Hazırda səhhəti normaldır, həkim nəzarətilə qidalanmağa başlayıb. Ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi. Ona qarşı olan haqsızlığa son qoyulmasını tələb edir".
Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması üçün onun vəkilləri məhkəməyə vəsatət veriblər. Vəsatətə bu gün - dekabrın 29-da saat 17.00-da Xətai rayon Məhkəməsində baxılacaq.
Eyni məhkəmə bundan əvvəl - dekabrın 20-də onun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməmişdi.
Bəxtiyar Hacıyev dekabrın 9-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyevə qarşı cinayət işində onunla jurnalist Ülviyyə Alovlu arasında mübahisədən bəhs olunur. Lakin Bəxtiyar Hacıyev iddia edir ki, bu bəhanədir, o, sifarişlə həbs olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar