Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Prezidentin işdən çıxardığı gömrük generallarının DOSYESİ

Tarix: 29-12-2022 09:42     Baxış: 3197 A- / A+


Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsində iki sədr müavinini vəzifədən azad edib.

Belə ki, ölkə başçısının imzaladığı müvafiq sərəncamlarla Əsgər Abdullayev və İqbal Babayev Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad ediliblər.
Əsgər Həsən oğlu Abdullayev
1963-cü il iyul ayının 26-da Naxçıvan MR Babək rayonun Nehrəm kəndindən anadan olub.
1985-ci ildə Kiyev İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1985-1996-cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində iqtisadçı, mühəndis, böyük mühəndis, şöbə rəisi, trest rəisi vəzifələrində işləyib.
1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Gömrük xidməti general-leytenantıdır.
Ailəlidir, 2 övladı var.
İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub.
1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Milli Universitetinin (KİMMU) Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.
1990-ci ildə KİMMU-da texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru, 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru  elmi dərəcələrini alıb.
1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru işləyib.
2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
2018-ci il 6 iyul tarixindən Azərbaycan Prezidentinin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub. Gömrük xidməti general-mayorudur.
Ukrayna, ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı var.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar