Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda professor vəfat edib

Tarix: 28-12-2022 21:07     Baxış: 3313 A- / A+
Azərbaycanda professor vəfat edib
Bakı Slavyan Universitetinin (BSU) Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasınının professoru, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elmira Rəhimova vəfat edib.

Bu barədə BSU məlumat yayıb.

Qeyd edək ki, professor Elmira Abdulla qızı Rəhimova Azərbaycan Ağdaş şəhərində anadan olub. O, 1962-ci ildə Ağdaş şəhər orta məktəbini bitirib. 1962-ci ildə E. A.Rəhimova Pedaqoji Dillər İnstitutuna daxil olub və həmin institutu 1967-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1971-1974-cü illərdə aspiranturada təhsil alıb.

Aspiranturanı bitirdikdən sonra, 1976-cı ildə "Azərbaycanda yaşayan rus yazıçılarının 20-30 -cu illərdə ədəbi fəaliyyəti" mövzusunda namizədlik, 1995-ci ildə isə " Azərbaycan xalq qəhrəmanlıq dastanlarının rus dilinə tərcümələrinin tarixi və təcrübəsi( "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının materialları əsasında) " doktorluq dissertasiyasını müdafiə edib. 1980-1982-ci illərdə yüksək ixtisaslı mütəxəssis kimi Kubanın Havana Universitetində çalışıb, orada rus dili və ədəbiyyatını tədris edib.

Elmira Rəhimova BSU-nun Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışıb.

Respublika Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı olub. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar