Xəbər lenti
Azərbaycanda quru sərhədlərin nə vaxt açılacağı bəlli oldu
“Çinin, ölkəyə gələnlərlə bağlı karantin qaydalarını yanvarın 8-dən ləğv edəcəyi ilə bağlı qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən, bu, qlobal ticarətə də təsirsiz ötüşməyəcək. Azərbaycanda quru sərhədlərin açılması, eyni zamanda qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır.
“Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, ölkəyə gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda, Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə, quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir”, - V.Bayramov qeyd edib.
Millət vəkili hesab edir ki, iqtisadi məsələ olmaqla yanaşı, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır.
Vüqar Bayramov onu da əlavə edib ki, 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması, Azərbaycanda da quru sərhədlərin açılmasını tezləşdirə bilər.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar