Sizin Reklam Burada
Xəbər lenti
25-01-2025
24-01-2025
BÜTÜN XƏBƏRLƏR

Məftun Abbasov Şuşa Qoruğundakı rəhbər vəzifəsini itirdi - ŞƏKİL

Tarix: 28-12-2022 14:14     Baxış: 4229 A- / A+

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin (İH) sədri vəzifəsi ləğv edildiyindən qurumun İH rəhbəri Məftun Abbasov vəzifəsini itirib. 
Bu ilin oktyabr ayında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindəki struktur dəyişikliyindən sonra İdarənin İdarə Heyətinin sədri vəzifəsi ləğv edilib və əvəzində İdarənin İcraçı direktoru vəzifəsi yaradılıb.Hazırda İdarənin İcraçı direktoru vəzifəsinə müvəqqəti rəhbərlik İcraçı direktorun müavini Tural Novruzova həvalə olunub. İdarə Heyətinin sədri vəzifəsi isə ləğv edildiyindən avtomatik olaraq Məftun Qurban oğlu Abbasov da vəzifəsini itirib.
Belə ki, bu ilin oktyabrın ayında dövlət başçısının imzaladığı fərmanla İdarənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. İdarənin fəaliyyətinə cari rəhbərliyi İdarənin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.
Məlumat üçün bildirək ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Müşahidə Şurasının sədri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovdur.
Qeyd edək ki, M.Abbasov ötən ilin iyulun 16-da Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilmişdi.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar