Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda generalın həbs müddəti uzadıldı

Tarix: 28-12-2022 13:58     Baxış: 3200 A- / A+

“Tərtər işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş general-mayor Bəkir Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Manevr.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin edilib. Qərara əsasən, Bəkir Orucov barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Bundan başqa, eyni iş üzrə həbs edilmiş Rahib Məmmədov və Ramil Əhmədovun həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatət verilib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Hazırda onlar barəsində ibtidai istintaq davam edir.
Bu ilin sentyabr ayında isə iş üzrə daha üç nəfər - Bəkir Orucov, Rahib Məmmədov və Ramil Əhmədov həbs olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham olunurlar.
Bəkir Orucov həbsə qədər Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.apa

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar