Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

38 min nəfərin əlilliklə bağlı müraciətindən imtina edilib

Tarix: 27-12-2022 16:41     Baxış: 3274 A- / A+


"Bu il 38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə imtina verilib, həmin şəxslər yenidən müayinədən keçmək üçün həkim komissiyalarına yönləndiriliblər".
 
Manevr.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, müraciətdə əhəmiyyət kəsb edən məlumat olmadıqda və ya məlumatlar düzgün verilmədikdə yenidən tibb müəssisəsinə qaytarılır ki, düzgün doldurulması həyata keçirilsin, yaxud da əlillik səviyyəsindədirsə, əlillik vəziyyətinə yenidən qiymətləndirilsin.
 
Agentlik sədri həmçinin bildirib ki, Agentliyin əsas vəzifəsi əlilliyin təyinatıdır, ləğvi deyil:
 
"Biz bütün gücümüzü ona yönəldirik ki, real olaraq əlilliyi olan şəxslər qısa müddətdə heç bir maneə olmadan əlillik təyinatı ala bilsin. Əlilliyin dayandırılmasından çox proses təbii istiqamətdə gedib. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, əlilliyi olmayan şəxsin əlillik alma ehtimalı çox aşağıdır. Hazırda əlillik müddəti bitmiş bir çox adam yenidən əlillik üçün müraciət etmir. Çünki bilirlər ki, vaxtilən əlilliyi hansısa yollarla alıblar. İndi bu, mümkünsüzdür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar