Manevr.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfrasında bildirib.
"Əgər biz bu göstəricini ötən ilin rəqəmləri ilə müqayisə etsək, bu zaman 12 faizlik artımı görə bilərik. Həmin rəqəmi 2018-ci illə müqayisə etsək isə 68 faizdən artıq artımın olduğunu müşahidə edərik.
Həm müavinətlər və təqaüdlərin, həm də əmək pensiyalarının artırılması istiqamətində də müvafiq tədbirlər görüləcək", - deyə Himalay Məmişov vurğulayıb.BAKU.WS