Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovun Naxçıvanda qoyduğu qadağalar LƏĞV EDİLDİ

Tarix: 25-12-2022 23:17     Baxış: 3337 A- / A+
[hide][/hide]Vasif Talıbovun istefasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə canlanma müşahidə olunur.
 
Naxçıvan sakinləri sosial şəbəkələrdə paylaşımlar edərək V.Talıbov vəzifədə olduğu zaman tətbiq etdiyi qadağaların aradan qalxdığını, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların rahat nəfəs aldığını qeyd edirlər. 

Sakinlərdən biri qeyd edir ki, V.Talıbovun zamanında Muxtar Respublikaya ucuz qiymətə olan elektrik lampalarının gətirilməsi və satışı qadağan idi. O vəzifədən getdikdən dərhal sonra həmin lampaların satışına start verilib. Hazırda Naxçıvanın bütün ticarət yerlərində onlardan tapmaq mümkündür.

Qeyd edək ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Dekabrın 22-də isə Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. lent.az.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar