Xəbər lenti
“Xoşbəxt məktəb mühiti” adlı layihənin bağlanış tədbiri keçirildi - ŞƏKİLLƏR
"Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində həyata keçirilən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayonu Qoşakənd kənd tam orta məktəbində artıq üç aydır kı, biri məkəb, üçü isə fərdi kateqoriya olmaqla, ümumilikdə dörd layihə həyata keçirilir. Həyata keçirilən hər bir layihə məktəb – valideyn əlaqələrinin genişləndirilməsi yolu ilə şagirdlərin daha yaxşı təhsil almasına və tərbiyə olunmasına, onların gələcəyin sağlam və layiqli vətəndaşı kimi yetişməsinə xidmət edir.
Manevr.az xəbər verir ki, məktəb kateqoriyası üzrə qalib gəlmiş “Xoşbəxt məktəb mühiti” adlı layihənin bağlanış tədbiri keçirildi. Tədbirdə kənd icma nümayəndələri, müəllim kollektivi, yuxarı sinif şagirdləri və digər məktəblərdən dəvət olunmuş qonaqlar iştirak edirdilər. Qonaqlar arasında İsmayıllı təhsilinin flaqmanları – Əməkdar müəllimlər Şəfaqət Rəsulov, Qalib Bəşirov, Aydın Əzizov, şəhər 3 saylı məktəb-liseyin direktoru Əhmədağa müəllim, şəhər 1 saylı məktəbin direktoru Gündüz müəllim, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov da var idi. Tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru layihə rəhbəri Ziyəddin Mövlamov məktəblərdə yüksək təlim nəticələrinin əldə olunmasının təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılmasından əhəmiyyətli dərəcədə aslı olmasını, bu mühitin formalaşmasının isə müəllim-valideyn, müəllim-şagird, şagird-şagird münasbətlərinin düzgün qurulması ilə bağlılığını vurğuladı. O, qeyd etdi ki, həyata keçirilən “Xoşbəxt məktəb mühiti” layihəsinin də əsas məqsədi məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsinə, şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Daha sonra çıxış edən layihənin eksperti Ruslan Kamilov və təlimçi Adil İskəndərov tədbir iştirakçılarına layihə boyu görülən işlər barədə ətraflı məlumat verdilər. Onlar qeyd etdilər ki, həyata keçirilən tədbirlər nəticəsində müəllimlər, şagirdlər və valideynlər qısnamanın (bullinqin) yaratdığı sosial-psixoloji fəsadlar barədə ətraflı məlumat əldə etmiş, şagirdlərdə empatiya hissi aşılanmış, bunun sayəsində onlar arasındakı münasibətlər müsbət məcrada inkişaf etmişdir. Çıxış edən qonaqlar həyata keçirilən layihələrin əhəmiyyətindən, Qoşakənd kənd tam orta məktəbinin müəllim və şagird kollektivinin təhsil sahəsində qazandığı uğurlardan söz açdılar, kollektivə yeni-yeni uğurlar dilədilər. Tədbirin sonunda bir qrup valideynə, müıllim və şagirdə layihə rəhbəri tərəfindən hazırlanmış sertifikat təqdim olundu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar