Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əmək haqqı və pensiyalar artırılacaqmı?..

Tarix: 24-12-2022 18:18     Baxış: 3248 A- / A+
Əmək haqqı və pensiyalar artırılacaqmı?..Ötən gün Türkiyədə minimum əmək haqqı növbəti dəfə artırılaraq, 8506 lirə, yəni 775 manat oldu. Azərbaycanda isə bu il yeni islahatlar paketi tətbiq edildikdən sonra minimum əmək haqqı 300 manat olmuşdu. Qlobal dünyada artan inflyasiya fonunda, ərzaq məhsullarının və digər xidmətlərin qiymətinin artması yenidən sosial paketə baxılmasını tələb edir.
Manevr.az-ın xəbərinə görə, iqtisadçı Pərviz Heydərov bizimyol. İnfo xəbər portalına açıqlamasında bildirib ki, 2023-cü il üçün sosial istiqamətdə dövlət büdcəsindən müvafiq vəsait ayrılmışdı ki, həmin vəsait hesabına ölkədə bir sıra sosial ödənişlər üzrə artımlar həyata keçirilməsi nəzərdə tutulur. Ekspert bildirir ki, ölkədə minimum əməkhaqqı və pensiya məbləğinin artırılacağı gözlənilir.
Pərviz Heydərov Pərviz Heydərov
“Pensiyaların indeksləşdirilməsi qaydası dəyişdirilib. Yəni, əlavə qulluğa görə əmək pensiyası alanların, əlavə qulluq haqqı kimi əmək pensiyasına çıxanların, dövlət qulluqçuları, hərbçilər və digərlərinin pensiyaları indeksləşdirmə zamanı artmırdı. Yalnız vaxtilə işlədiyi sahədə dövlət qurumlarında maaş artardırsa, onların da əmək pensiyalarında artım baş verirdi. Gələn ildən bu qayda aradan götürülür, həmin şəxslərin də əmək pensiyaları adi əmək pensiyaları kimi indeksləşdiriləcək və artırılacaq.
Bu il 200 manat məbləğində əmək pensiyası alanlara, prezident tərəfindən əlavə ödəniş verilirdi. Bu 200 manat ilin 3 ayı üzrə 4 yerə bölünərək rübdə bir dəfə 50 manat şəklində pensiyalara əlavə edilirdi. Amma gələn ildən o 200 manat 12 yerə bölünəcək, bu isə 16,67 manat edir. Hər ay pensiyaların üzərinə gələcək və əmək pensiyaları ondan sonra bu il üzrə orta illik əmək haqqı artımı göstəricisinə əsasən, indeksləşdiriləcək”-deyə o qeyd edib.
İqtisadçı bildirir ki, minimum əməkhaqqının artırılacağı deyilməsə də, artırılacağı güman edilir. Çünki, minimum əməkhaqqı bu ilin əvvəlində, yanvarın 1-də artırılaraq, 300 manat olmuşdu. Əvvəlcə bu məbləğ 250 manat idi.
2 il bundan qabaq 2019-cu ildə 2 dəfə artırılmışdı. 2019-cu ildə minimum əməkhaqqı, yeganə illərdən biri idi ki, minimum həyat göstəricisi iki dəfə artmışdı.
“Pandemiya ili, 2020-ci ildə heç bir sosial istiqamətdə artımlar həyata keçirilə bilmədi. Keçən il də heç bir artım həyata keçirilməmişdi. Bu il yanvarın 1-dən maaşlar artdı. Minimum əmək haqqı 300 manata qalxmaqla maaşlar artırıldı. Minimum pensiya məbləği 240 manata qədər qaldırılaraq, yüksəldildi. Növbəti ildə sosial istiqamətdə artım olduqca zəruri xarakter daşıyır. Çünki, artıq başa çatan bu ildə inflyasiya çox yüksək səviyyə təşkil edib. Hətta, ərzaq inflyasiyası ümumi inflyasiya səviyyəsindən yüksək olub”-deyə o əlavə edib.
P. Heydərov qeyd edir ki, bu il ərzaq inflyasiyası 20 faizin ətrafındadır.
Ümumi inflyasiya göstəricisi isə 14 faiz civarındadır. Yəni, bu artımlar yüksək və təsirli xarakter daşıdığından gələn il istər-istəməz hökumətin maaş, pensiya və sosial müavinətlərin artımına getməsi məcburi xarakter daşıyır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar