Xəbər lenti
İcra hakimiyyətləri LƏĞV EDİLİR - Yeni struktur formalaşdırılır
Artıq uzun illərdir icra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, bəzi icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsilə nəticələndi. Görünən odur ki, bu struktur dövrün tələblərinə uyğun gəlmir. Bütün bunların fonunda icra hakimiyyəti strukturunun tədricən ləğv olunacağı barədə fikirlər dolaşır. İddialara görə bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə icra hakimiyyətləri və icra başçıları olmayacaq.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hadisələrin gedişi həqiqətən də, icra hakimiyyətlərinin ləğvinə aparır:
“Əlbəttə, hadisələrin gedişi göstərir ki, prespektivdə icra hakimiyyəti srukturu aradan qalxacaq. Məsələn, bu gün rayon şöbələrinin ləğv edilib, regional idarələrin yaradılması təsadüfi deyil”.
Onun sözlərinə görə, əsas idarəetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacaq:
“Hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, yeni idarəetmə modeli çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar