Xəbər lenti
80 yaşdan sonra EŞQ: Marketdə toqquşub, 3 ay sonra nişanlandılar - Şəkillər
İngiltərənin Matlok şəhərindən olan 80 yaşlı Vendi Heyzel və 83 yaşlı Pol Heyzel marketdə tanış olduqdan sonra ailə qurublar.Bu barədə "Metro" yazır.
Belə ki, bir il öncə, 27 dekabr 2021-ci il tarixndə Vendi və Pol marketdə alış-veriş edərkən, onların arabaları təsadüfən toqquşub. Eyni yaşayış kompleksində yaşadıqları üçün daha öncə də bir-birilərini uzaqdan görmüş olsalar da, məhz bu hadisədən sonra Pol qadını şam yeməyinə dəvət edib.
Üç ay görüşdükdən sonra Pol Vendiyə evlilik təklifi edib. Qadın "hə" cavabı verib və onlar nişanlanıblar.
Vendinin doğum günündə isə, 12 sentyabr 2022-ci il tarixində yaşlı cütlük toy edib. Onlar, adət-ənənəyə uyğun olaraq, yalnız toydan sonra bir evdə yaşamağa başlayıblar.
Hazırda Pol və Vendi birlikdə keçirəcəkləri ilk Milad bayramını səbirsizliklə gözləyirlər.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























