Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq deputat, keçmiş nazir qardaşı fəhləni işlədib pulunu vermir? - İDDİA

Tarix: 22-12-2022 11:59     Baxış: 2287 A- / A+

Manevr.az Ucar rayonu Qarabörk kənd sakini Elvin Kərim oğlu Qasımov tərəfindən redaksiyanın elektron poçtuna göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edir: 
"Milli Məclisin keçmiş deputatı Elton Məmmədov məni işlədib aldadıb pulumu vermir. Zəhmət haqqımı gedib istəyəndə mənə deyir ki, polis rəisinə deyib səni həbs etdirəcəm.
Mən Ucar rayonunda yaşayıram, tikinti ustasıyam, sənətkaram. Keçmiş deputat Elton Məmmədov sürücüsü Sırac Quliyev  vasitəsi ilə mənimlə danışdı ki, ona məxsus Ucarın Qazıqumlaq kəndində yerləşən villasının həyətində böyük bir avtomobil qarajı inşa edim.
Lahiyə-smeta hazırlandı və builin sentyabr ayında tikintiyə başlanıldı. 7x12 ölçüdə avtomobil qarajı 3 ay müddətində inşa edildi. Qarajda 10 nəfər usta işlədildi. Bahalı materiallardan incəliklərlə inşa edilən qaraj keçmiş deputat Elton Məmmədovun çox xoşuna gəlsə də, pulumu kəsdi, 3700 manatımı vermədi. Mən ona izah etdim ki, 3 ay ərzində hər gün taksi ilə Qazıqumlaq kəndinə gəlib-getməyə təkcə 1000 manat pul xərclənib.
Mən tikinti materialları satan mağazaya pul borclu qalmışam. Hansı ki, həmin tikinti materiallarını Elton Məmmədovun avtomobil qarajının inşası üçün nisiyə götürmüşəm. Tikinti işlərində mənə köməklik edən fəhlələrə pul borclu qalmışam.
Mənə olan 3700 manat borcu almaq üçün 3 dəfə Elton Məmmədovun evinə getmişəm. Axırıncı dəfə mənə bildirdi ki, polis rəisnə deyib səni həbs etdirəcəm.
İndi çıxılmaz vəziyyətdə qalmışam, mağazalara və fəhlələrə olan borcu verə bilmirəm.
Çox təəccüblü qalmışam ki, belə bir yalançı-kələkbaz adam uzun illər necə millət vəkili olub? Fəhlənin zəhmət haqqını kəsən çox imkanlı bir adam deputat ola bilərmi?
Mən mətbuat vasitəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edirəm. Milli Məclisin keçmiş deputatı Elton Məmmədovun barəsində tədbir görülməsi üçün götəriş verməyinizi Sizdən xahiş edirəm. Heç olmasa keçmiş nazir Ziya Məmmədov qardaşına desin ki, fəhlənin pulunu kəsmə, halallıq al",-deyə şikayətçi qeyd edir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar