Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sabaha aparan pillələr...

Tarix: 21-12-2022 15:53     Baxış: 3547 A- / A+
         Afət Fərziyeva


XEYİR axtararkən ŞƏRlə yol getsəm OLAR yola getsəm OLMAZ.

***
Gəldiyin yollarda  qoyduğun  izlər –
sabaha aparan pillələr...

***
Tutub qulağından gələn darlığın,
ayaqlarından sürüyüb apardığın, 
üzünə  güldüyün  xəbərdarlığın
əhəmiyyətli olduğundan 
heç şübhən olmasın...

***
Alnıma yazılan,
əllərimdə daşınan,
qulağıma oxunan,
üzümə çırpılan taleyim,
səni kimsələr sevməz...
tək mən sevərim
Ordakı yazım həyatım, 
Ordakı yazım eşqim,
Ordakı yazım həyəcan dolu,
sevinc, kədər dolu xatirələr...
Hər gün mənə gülümsər, 
hər gün məni izlər...
Alnımda, üzümdə, əlimdəki izlər...
Taleyimi daşıyan əllərim 
Yazılmış kitab – alnım
 Xatirə dolu gündəliyim...
Üzüm, əllərim –İZLƏRim
Tək mən sizi sevərim,
Tək mən sizi özlərim....

***
Evin çatısına qonmuş quş,
Səni kim göndərib, bir soruş.
Sən həm qorxaq, həm ürkəksən;
gəlmiş mesaj, təhlükəsən?
Kim göndərib səni mənə?
Xəbərin varmı... 
olanlardan, keçənlərdən...
gələnlərdən, gedənlərdən....
Evimin çatısına qonan quş, bir soruş,
Səni KİM göndərib?
Səni niyə göndərib?...

***
Mən nə edim...
Dünya yalan dünyadır...
Gönüqalın, sırtıq, yalan, yaltaqdır...
Bəzən sənə doğmadan da doğmadır...
İnanma çox hər gün səni fırladır...
Ayaqların sağlam olsun dayan sən.
Bir az axsa, gör necə yıxılarsan.
Yıxılana əl tutan az vuran çox...
Bu dünyaya bel bağlama yam(n)an çox...

***
İtsəydin axtarardım...
Hər gün gözümün qabağında bitdin deyə
Səni görmədim...

***
Ürəyimin damarları
Fərqli çəkilmiş kabellər kimi
Gah yanır, gah sönür...
Qırmızı işıq altında 
Dans edənlər ...fərqli görünürlər....

***
Köməyə tələsən həkim –
Qərar verən hakim.
Sənə xəstə lazımdır
Yoxsa ölü bədən?...
Kim sənə daha çox para verər
Özün düşün...
Məncə yarı ölü, yarı sağ bədən....

***

Barmağını dişləyib
Qənd yerınə çayla içdin...
Sənə gələn mənə gəlsin
Əgər yaxşı fikirdisə...

***
Açılmış əlləri  boş qoyma, İLAHİ
Bir xurma, bir çörək,bir düyü, bir qənd
Bir ağıl, bir düşüncə, bir səxavət də qoy...
Açılmış əlləri  boş qoyma, İLAHİ
İçinə Şükür dolu bir ÜRƏK də qoy!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar