Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə ittiham olunan Cəfər Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manevr.az teleqraf.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan bəzi sənədlər tədqiq edilib.
Təqsirləndirilən Cəfər Əliyev plastik boru istehsalında istifadə olunan materialın ("kroşka") İrandan gətirib və Azərbaycanda satışı ilə məşğul olub. Onun sözlərinə görə, bu materialları qonşu ölkədə Əkbər adı İran vətəndaşından alıb və Azərbaycanda bu sahə ilə məşğul olan iş adamlarına satıb.
O bildirib ki, müştərilərindən biri də Şahmar Vəliyev olub, onların əlaqələri 2015-ci ildən başlayıb.
Əvvəl tikinti sahəsində əməkdaşlıq etdiklərini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, 2018-ci ildən sonra "kroşka" ticarəti sahəsində işləyiblər: "Hər şey qaydasında idi. Mən materialı İranda Əkbər adlı adamdan alır, Azərbaycandakı müştərilərə çatdırırdım. Pandemiya dövründə problem yarandı. Əkbər də yoxa çıxdı. Mən ortada qaldım".
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Şahmar Vəliyevin onda 580 min dollar pulu qalıb: "Əslində, bu gün ona heç bir borcum yoxdur. Çünki nəyim vardısa, bu pulun əvəzində əlimdən aldı. Evimi, bağımı, avtomobilimi özününküləşdirdi".
Cəfər Əliyev bildirib ki, Şahmar Vəliyevin rəhbərlik etdiyi "Azneftmaş" ASC-də Etibar Quliyev ad-soyadlı etibar etdiyi şəxs var: "Məni məcbur elədi ki, onunla 550 min dollarlıq borc müqaviləsi bağlayım. Guya ondan borc almışam. Halbuki belə bir şey olmamışdı. Sonra da o borc müqaviləsilə məni məhkəməyə verdi ki, əmlaklarımı ələ keçirsin. Məhkəmə qərar verdi və borcu əmlaklarıma yönəltdi. Beləliklə, Şahmar Vəliyev nəyim vardısa, əlimdən aldı. Onunla kifayətlənmədi, məni həbs elətdirdi".
Qeyd edək ki, Şahmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, bir ildən çoxdur davam edən məhkəmə iclaslarının heç birinə gəlməyib. Onu məhkəmədə nümayəndəsi təmsil edir.
Sonuncu məhkəmə iclasına isə Şahmar Vəliyev başqa bir işçisini də göndərib. Bu, prokuror təqsirləndirilən şəxsə 12 il cəza istəyəndən sonra olub. Onların istəyilə məhkəmə istintaqı təzələnib və məhkəməyə gətirdikləri şahid dindirilib. Həmin şahid isə Yelena Yusifzadə olub.Yelena Yusufzadə deyib ki, Şahmar Vəliyev onunla Cəfər Əliyevə çatdırmaq üçün 33 min manat pul göndərib. Onun ifadəsinə görə, bu pullar nəqliyyat və gömrük işləri üçün nəzərdə tutulub.
Cəfər Əliyev isə onun dediklərini təkzib edib. Deyib ki, yalandır, ona belə pul verilməyib. Cəfər Əliyevin vəkili də yada salıb ki, bu şahid istintaq vaxtı ifadəsində bu haqda heç nə deməyib, indi ortaya çıxması şübhəlidir.
Cəfər Vəliyevin nümayəndəsi məhkəmədə vəsatət verib. O, işin yenidən istintaqa qaytarılmasını istəyib. Deyib ki, təqsirləndirilən Cəfər Əliyevə əlavə ağırlaşdırıcı maddə də verilsin.
Xatırladaq ki, işin istintaqa qaytarılmasına prokuror da etiraz edib. Məhkəmə isə zərərçəkmişin vəsatətini təmin edib və Cəfər Əliyevə əlavə ittiham verilməsi məqsədilə işin istintaqa qaytarılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Cəfər Əliyevin 12 il müddətinə azadlıqdan mərhum edilməsini istəmişdi.
İttihama görə, Cəfər Əliyev ümumilikdə 5 nəfərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevdir.
İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır. İstintaq orqanı tərəfindən Cəfər Əliyevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, Şahmar Vəliyev hərbi prokuror Xanlar Vəliyevin və Gəncənin sabiq icra başçısı Elmar Əliyevin qardaşıdır.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar