Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Kimsəsiz uşaqlar üçün Yeni il şənliyi - ŞƏKİLLƏR

Tarix: 19-12-2022 15:36     Baxış: 2269 A- / A+
Xalqımızın həyatında mühüm hadisələrlə əlamətdar olan daha bir il başa çatır. Yeni – 2023-cü ili ölkəmizdə bütün sahələrdə əldə olunmuş diqqətəlayiq uğur və nailiyyətlərlə, qələbə ovqatı və quruculuq əzmi ilə qarşılayır, zəfər və qələbələr yolunda inamla addımlayırıq.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz öz gücünü, qüdrətini daim artırır, dünya birliyində tutduğu layiqli yeri daha da möhkəmləndirir. Davamlı və dayanıqlı iqtisadi inkişaf sayəsində əhalinin rifahı yüksəlir, həmçinin sosial müdafiəyə ehtiyacı olan insanlara dövlət qayğısının və ictimai dəstəyin göstərilməsi imkanları genişlənir.

Korporativ sosial məsuliyyətə xüsusi diqqət yetirən, bu sahədə fəaliyyətini cəmiyyətin tələbatına uyğun qurmağa çalışan “Manqal” restoranlar şəbəkəsi və “Burger bəy” restoranı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi təşkil etmək barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində Mədəni Tədbirlər Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin müraciətini müsbət cavablandırıb. Dekabrın 19-da sözügedən həssas qrupa mənsub 50 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar