Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Manevr.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də arabir yağıntılı olacaq. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.
Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0°-yə yaxınlaşacağı gözlənilir.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar