Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

14 yaşlı qızın kitabı təqdim olundu - Şəkillər

Tarix: 18-12-2022 22:48     Baxış: 4282 A- / A+
"Həqiqəti gizlədən yalanlar" adlı kitabın təqdimat mərasimi keçirilib. 

Kitabın müəllifi 14 yaşlı Leyla Xəlilzadədir. O, oxuduğu yüzlərlə kitab və izlədiyi filmlərin əsasında kitab yazmaq qərarına gəlib. 

Leyla Xəlilzadə ingilis dilində təhsil aldığı üçün kitab məhz ingilis dilində qələmə alınıb, daha sonra Azərbaycan dilinə tərcümə edilib.

"Həqiqəti gizlədən yalanlar" kitabının təqdimat mərasimində müəllifin ailə üzvləri, müəllimləri və sinif yoldaşları da iştirak ediblər. Onlar Leylanın uğurlu təhsil həyatından, fərqliliyindən söz açıblar. Leyla Xəlilzadə çıxışı zamanı bildirib ki, müəllifi olduğu kitabı 12 yaşından yazmağa başlayıb.

"2020-ci ildə pandemiya səbəbindən dərslərdə iştirak edə bilmirdik. Düşündüm ki, vaxtımı daha səmərəli keçirmək üçün kitab yazmağa başlayım. Bu yolda mənə dəstək olan, güvənən ailəmə, müəllimlərimə təşəkkür edirəm. Gələcəkdə də bu işlərimin davamlı olacağına inanıram",- deyə müəllif bildirib.

"Həqiqəti gizlədən yalanlar" kitabının həm bədii-fəlsəfi təsir gücü, həm də günümüzün reallıqlarını, ağrı və acılarını obrazlı şəkildə özündə əks etdirməsi, müəllifin yaşından qat-qat böyük təfəkkür ortaya qoyması tədbir iştirakçıları tərəfindən heyranlıqla qarşılanıb.







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar