Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Vasif Talıbovu Naxçıvana buraxmırlar?

Tarix: 17-12-2022 11:28     Baxış: 3242 A- / A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun personası ətrafında yaranmış ajiotaj davam edir.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) muxtar respublikada ard-arda keçirdiyi əməliyyatlardan sonra Talıbovun “çırağı”nın söndüyünə dair ehtimallar gündəmə gəldi. Naxçıvan “xan”ının təcili Bakıya çağırılması və uzunmüddətli məzuniyyətə göndərilməsindən sonra bu ehtimallar daha da qüvvətləndi.
Manevr.az Yenisabah.az-a istinadla xəbər verir ki, təxminən 30 ildən sonra hüquq-mühafizə orqanlarının Naxçıvanda əməliyyat keçirməsi cəmiyyəti silkələyib. Toxunulmazlığı ilə ad çıxaran Ali Məclis sədrinin ən yaxın adamlarının bir-birinin ardınca məhbəsə göndərilməsi çoxsaylı suallar doğurdu. Hələ də bir çox analitik Naxçıvan hadisələrinin pərdəarxasını çözməyə, hadisələrin bundan sonrakı inkişafına dair proqnoz verməyə çətinlik çəkir.
Məlumatlara görə, yaxın günlərdə Naxçıvanda həbslərin növbəti dalğası başlayacaq. Mənbə deyib ki, hüquq-mühafizə orqanlarının peşəkar əməkdaşlarından təşkil olunmuş və bir müddət əvvəl Naxçıvana ezam edilmiş xüsusi qrup növbəti həbslər üçün zəmin hazırlayıb. Onların qısa müddət ərzində kifayət qədər sanballı dəlillər topladığı bildirilir.
Məlumatlı şəxsin sözlərinə görə, Vasif Talıbovun Naxçıvana qayıtmaması bu prosesi bir qədər də sürətləndirib. Müsahibimiz Ali Məclis sədrinin Naxçıvana buraxılmadığını deyib. Onun fikrincə, bunda əsas məqsəd hüquq-mühafizə orqanlarının əməkdaşlarının muxtar respublikada daha sərbəst fəaliyyət göstərməsini təmin etməkdir. Vasif Talıbovun “kölgə”sini üzərlərində hiss etməyən sıravi naxçıvanlıların muxtar respublikada baş verən qanunsuzluqları daha tez dilə gətirdiyi, hüquq-mühafizə orqanlarını yeni sübutlarla təmin etdikləri bildirilir.
Qeyd edək ki, bu yaxınlarda Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun bir qrup keçmiş və hazırkı əməkdaşı bu qurumda baş verənlərlə bağlı ictimaiyyətə və DTX-yə müraciət edib. Şikayətçilər hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından bu qurumun fəaliyyətini də araşdırmağı xahiş ediblər.
Hadisələrin inkişafı Naxçıvanda həbs dalğasının genişlənəcəyinə, bu prosesin digər yüksək rütbəli məmurları da əhatə edəcəyinə şübhə yeri qoymur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar