Sizin Reklam Burada
Xəbər lenti
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Gültəkin Hacıbəylinin məhkəməsi təxirə düşdü

Tarix: 16-12-2022 18:07     Baxış: 4300 A- / A+


Xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş sabiq deputat Gültəkin Hacıbəylinin məhkəmə prosesi keçirilib.
Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Gültəkin Hacıbəylinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edən Leyla Arifin özünün gəlmədiyi məlum olub.
Gültəkin Hacıbəyli və vəkili Aqil Layıc isə tələb edib ki, onun özü də mütləq məhkəmədə iştirak etsin.
Leyla Arifin vəkili isə deyib ki, onun gəlməsinə ehtiyac yoxdur. Çünki həm nümayəndə, həm də vəkil kimi onu təmsil edir. Hakim bu məsələni baxılmamış saxlayıb.
Gültəkin Hacıbəyli onun işinə Nəsimi rayon Məhkəməsində baxılmasına etiraz edib. Vəkili məhkəməyə bu haqda yazılı ərizə verib. Etiraz bütövlükdə Nəsimi rayon Məhkəməsinə verildiyinə görə buna Bakı Apellyasiya Məhkəməsi baxıb qərar verməlidir. Bu üzdən məsələ qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Gültəkin Hacıbəyli Cinayət Məcəlləsinin 147.2-cu (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur. Bu maddədə 2 ilədək islah işləri və ya 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrum nəzərdə tutulub.
Leyla Arif iddia edib ki, Gültəkin Hacıbəyli Facebook sosial şəbəkəsində müzakirələr zamanı onu Əlikram Hümbətovdan müsahibə aldığına görə “separatçı” adlandırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar