Sizin Reklam Burada
Xəbər lenti
05-08-2026
04-08-2026
03-08-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ad biabırçılığı: “Oğlumun adı Cındır, qızımın adı Dilənçi olsun”...

Tarix: 16-12-2022 14:44     Baxış: 4499 A- / A+

"Ana öz övladına Cındır adını qoyur, bu nə dərəcədə etikdir? Bu adı uşağına qoyan ana onun sabahını da düşünməlidir”
 
Manevr.az
xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov bu gün uşaqlara qoyulan "Cındır” və "Dilənçi” adlarına aydınlıq gətirərkən deyib. Elnur Rüstəmov deyir ki, uşaqlara ad qoyarkən sıradan bir hadisə kimi yanaşmaq olmaz:
 
"Nəzərə almaq lazımdır ki, uşaq ona verilən adla böyüyür. Ad onun gələcəkdə şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacaq. "Cındır” adı ilə böyüyüən bir uşaq cəmiyyətdə necə formalaşa bilər? Bunu düşünürsünüz? Uşağa ad qoymaq onun gələcəyinə böyük təsir göstərir. Əvvəllər uşaq anadan olanda ona baba-nənənin adlarını qoyurdular. Son vaxtlar isə uşaqlara hətta əcnəbi adlar qoyulur, valideynlər baba-nənə adlarından uzaqlaşıblar. Hələ o vaxtlar ulu baba və nənə adları verilən uşaqlar kompleks yaşayırdılar”. 

Elnur Rüstəmov əlavə edib ki, uşağa elə ad qoyulmalıdır ki, təhsil aldığı məktəbdə müəllim onun adını çağıranda utanmasın:
"Bir anlıq düşünü, uşaq oxuyur məktəbdə, müəllim onun adını çəkir, ətraf gülür. Həmin anda uşağın nələr keçirdiyini düşünün. Valideynlər diqqətli olmalıdır. Uşaqlara elə ad qoyun ki, ondan utanmasınlar”. 

Qeyd edək ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini professor Sayalı Sadıqova bu gün uşaqlara "Dilənçi", "Cındır" kimi adların qoyulduğunu deyib. 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar