Kəlbəcər rayonunda şirkətə məxsus yük avtomobili qaçırılıb.
Rayon ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən - Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb.
Avtomobil şirkətə təhvil verilib.
Araşdırma aparılır.