Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Otel otaqlarında gizli kameralar hara quraşdırılır?

Tarix: 14-12-2022 21:59     Baxış: 3211 A- / A+
“Bond Rees” şirkətinin şəxsi müstəntiqi və təhlükəsizlik üzrə eksperti Aaron Bond otel otaqlarında gizli kameraların haralara quraşdırıldığını açıqlayıb.

Kameralar əsasən kondisionerlər, rozetkalar, qapı tutacaqları, yumşaq oyuncaqlar, saatlar, kitablar, rəsmlər və otaq bitkiləri arasında gizlədilir.

Mütəxəssisin sözlərinə görə, onlar çox kiçik ölçüdə olurlar: “Gizli kameralar sancaqlar və ya kiçik boltlar ölçüsündə olduqları üçün hər yerdə quraşdırıla bilər. Bu cihazları görmək çox çətindir. Amma onların daimi quraşdırıldığı otaq əşyaları var”.

Detektiv “casus cihazı”nı tapmağın ən sürətli yolunun telefonlardakı fənər olduğunu bildirib. Çünki bəzi smartfonlarda kameralar infraqırmızı şüalanmanı aşkar edə bilir. Bu da gizli işləyən cihazları tapmağa kömək edir.

Bond onu da əlavə edib ki, otaqda gizli kameraları axtaran qonaqlar "cinayətkarlar" kimi düşünməlidirlər. Əgər onlar belə qurğular aşkar edərlərsə, dərhal otel işçilərinə və ya sifariş platformasına məlumat verməlidirlər. bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar