Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir atalıq məzuniyyətinə çıxacaq

Tarix: 14-12-2022 18:20     Baxış: 4291 A- / A+



Finlandiyanın müdafiə naziri Antti Kaykkonen yanvarın 5-dən fevralın sonuna kimi 7 həftəlik analıq məzuniyyətinə çıxacaq.
Manevr.az bildirir ki, bu barədə ölkənin maliyyə naziri, Mərkəz Partiyasının sədri Annika Saarikko Twitter-də məlumat verib.
Onu iqtisadiyyat naziri Mika Lintila əvəz edəcək, o, Kaykkonenin olmadığı müddətdə iki nazir postunu tutacaq. Mərkəz Partiyasının deputatı Hanna Kosonen Twitter-də qeyd edib ki, müdafiə naziri analıq məzuniyyəti alan ilk kişi hökumət naziri olacaq.
Kaykkonnenin iki övladı var. Böyüyünün iki yaşı var, kiçiyi altı aylıqdır, iyul ayında doğulub. Siyasətçinin özünün də qeyd etdiyi kimi, işinin vacibliyinə baxmayaraq, ailəni birinci yerə qoymağı bacarmaq lazımdır.
"Biz hələ uşağı bağçaya göndərməyə hazır deyilik, ona görə də indi uşağa qulluq etmək üçün daha çox məsuliyyət götürmək növbəmdir. Uşaqlar yalnız bir anlıq kiçikdirlər və mən bunu yalnız fotoşəkillər vasitəsilə xatırlamaq istəmirəm", - Finlandiyanın müdafiə naziri deyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar