Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşa, Laçın və Kəlbəcərin havası açıqlandı

Tarix: 14-12-2022 12:30     Baxış: 3190 A- / A+


Dekabrın 14-də Şuşa, Laçın və Kəlbəcərdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq.
Manevr.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, axşam 2 dərəcəyədək şaxta olacaq. Qərb küləyinin sürəti 2-6 m/s təşkil edəcək.
Dekabrın 15-də dəyişkən buludlu, əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Qərb küləyinin sürəti 2-5 m/s olacaq.
Dekabrın 16-da hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, arabir duman olacaq, gündüz az qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Qərb küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.
Dekabrın 17-də əsasən yağmursuz, arabir dumanlı hava şəraiti müşahidə olunacaq. Lakin 16-dan 17-nə keçən gecə az qar yağacağı ehtimalı var. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, qərb küləyinin sürəti 3-8 m/s olacaq.
Dekabrın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Havanın temperaturu gecə 3-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Şərq küləyi əsəcək, sürəti 2-6 m/s təşkil edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar