Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihənin yekun hesabat tədbiri keçirilib -ŞƏKİLLƏR

Tarix: 12-12-2022 22:03     Baxış: 4502 A- / A+
Dekabr ayının 10-da 01-26 noyabr 2022-ci il tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsi, Göyçay şəhər 4 nömrəli tam orta məkətbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Art terapiya ilə duyğularını daha aydın ifadə et!” adlı layihənin yekun hesabat tədbiri keçirilib.            
Tədbirdə layihə rəhbəri Göyçay şəhər 4 nömrəli tam orta məktəbin direktoru Elşad Əliyev, layihə rəhbəri Səkinə Mürsəlova, layihə üzrə ekspert Ziba Məmmədova, təlimçi Elnarə Qasımova, Psixoloq Tərlan İbrahimov və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Layihə rəhbəri, Göyçay şəhər M.Muradov adına 4 saylı tam orta məktəbində texnologiya müəllimi Səkinə Mürsəlova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihəni həyata keçirməkdə məqsəd 20 nəfərə yaxın valideyn himayəsindən məhrum olmuş uşaqlarla art terapiyanın keçirilməsi və onların əylənərək problemlərinin həll olunmasını, aqressiya, narahatlıqlardan azad olub daha uyumlu olmasını, qabiliyyət və bacarıqlarının kəşf edilməsini, sosial adaptasiyanın artılıması, onlar üçün maneəsiz yaradıcı mühit formalaşdırmaqdan ibarətdir. O, həmçinin Layihə çərçivəsində həftəlik seansların keçirildiyini vurğulayıb.        
Təlimçi Elnarə Qasımova layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Art terapiya emosiyalar üzərində bir eksperimentdir. O həmçinin layihənin tədbirlər planına uyğun olaraq 01-26 noyabr 2022-ci il tarixlərində həftə seanslarının yüksək səviyyədə  keçirildiyini diqqətə çatdırıb.          Layihə üzrə ekspert Ziba Məmmədova yeniyetmələr arasında ilk olaraq gizlənmiş emosional problemlər art terapiya vasitəsi ilə üzə çıxarmasinin vacibliyini qeyd edib. Bildirib ki, depressiya, stress, mutizm, uşaqlarda zəka inkişaf pozğunluqlarında art terapiyadan geniş istifadə olunur. O, həmçinin layihə çərçivəsində fototerapiyadan istifadə olunacağını və layihənin yekunu olaraq hazırlanmış fotoların sərgisinin keçiriləcəyini vurğulayıb.       Təlimlərdə yeniyetmə məktəblilər çəkdikləri rəsmlərlə öz hiss və həyəcanlarını, qorxularını və sevinclərini təsvir ediblər.  Sağlam təhsil sinifində 20-ə qədər şagirdin iştirakı təmin olunub. Layihənin psixoloqu Tərlan İbrahimov ilkin mərhələdə psixoloji sorğu anketləri vasitəsi ilə şagirlərin daxili dünyasını daha yaxşı öyrənib. Sağlam təhsil sinifində “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval- ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmaların tətbiqini nəzərdə tutan proqram üzrə işlər aparilır.      
Seansların keçirildiyi müddətdə onların çəkdiyi hansısa bir şəklə əsasən narahatlıqlarını aydınlaşdıra bilir, yaxud qum və gil vasitəsilə düzəltdikləri hər hansı bir elementə əsasən onun probleminin nədən qaynaqlandığını müəyyənləşdirir. 
Həftə seanslarinda əsasən musiqi terapiyası, fototerapiya, nağıl terapiyası, ədəbiyyat terapiyası təlimləri keçirilib. Şagirdlərin təqdimatında müxtəlif ədəbi bədii kompozisiya, rəqs nümunələri və fləşmob nümayiş etdirilib.




















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar