Xəbər lenti
“İngilis dili hər kəs üçün əlçatandır!” layihəsi çərçivəsində ingilis dili kursları uğurla davam etdirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi “İngilis dili hər kəs üçün əlçatandır!” adlı layihə çərçivəsində ingilis dili kursları uğurla icra edilir.
Tovuz rayon Aşağı Quşçu kənd tam orta məktəbinin ingilis dili müəllimi Leyla Məmmədovanın rəhbərlik etdiyi “İngilis dili hər kəs üçün əlçatandır!” layihəsinin əsas məqsədi Aşağı Quşçu kəndində yaşayan və həmin kənddə yerləşən 3 məktəbdə (Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəb, İ.Mürşüdov adına tam orta məktəb, İ.Bayramov adına tam orta məktəb) təhsil alan şəhid, qazi ailələrindən, onların yaxınlarından, eləcə də maddi imkanı zəif olan istedadlı, öyrənməyə həvəsli şagirdlər üçün ingilis dili kursu təşkil olunub. Layihənin tədbirlər planına uyğun olaraq Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində görüş keçirilib. Görüşdə İngilis dili kursunda təhsil alan məktəblilərin seçiminin obyektiv aparılması məqsədi ilə diaqnostik sorğu və test imtahanı təşkil olunub. İmtahan nəticələrinə əsasən layihədə iştirak etmək üçün 15 məktəbli müəyyən edilib. Seçim turunda uğur qazanmış şagirdlərin iştirakı ilə İngilis dili kursları uğurla davam etdirilir. Layihə çərçivəsində təşkil olunmuş 5 aylıq ingilis dili kurslarına cəlb olunan şagirdlərin İngilis dilində informasiyalarını artırıb, dinləyib-anlama, danışma, oxu, yazı bacarıqlarını inkişaf etdirilir. Qeyd edək ki, layihənin sonunda kurs keçmiş şagirdlərin hər birinə təlim keçilən səviyyə üzrə sertifikat veriləcəkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar