Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın ən böyük transformator zavodunun sahibinin 420 min borcu var

Tarix: 10-12-2022 12:22     Baxış: 4248 A- / A+

Azərbaycanın ən böyük transformator zavodunun sahibi olan məşhur iş adamı Talıb Əlixanbəyovun rəhbərlik etdiyi şirkətin dövlətə yarım milyon manata yaxın borcu var.

"ATEF Şirkətlər Qrupu” MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 419 min 461 manat 81 qəpik vergi borcu yaranıb. 

Bu arada qanuni təmsilçi Emil Əlixanbəyov olan "ATEF Şirkətlər Qrupu” MMC məhkəməyə verilib. 

Şirkət gömrük qaydalari əleyhinə olan inzibati xətalar məcəlləsinin 491.3-cü maddəsinin pozulmasına görə cərimə olunub. 
İşə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, XM 491.3-cü maddəsinə görə, hüquqi şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu” MMC 1961-ci ildən fəaliyyət göstərən Bakı Mayesiz  Transformatorlar Zavodunun bazasında yaradılıb. 1998-ci ildə özəlləşdirlən şirkət 20 avqust 2009-cu ildə MMC kimi qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 33 892 585 AZN-dir. Hüquqi ünvanı Əmircan qəsəbində yerləşir. Qanuni təmsilçisi isə Əlixanbəyov Emil Talıb oğludur. "ATEF Şirkətlər Qrupu” MMC-nin Müşahidə Şurasının sədri də Talıb Əlixanbəyovdur.(qaynarinfo) 

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar