Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəbirə Məmmədovanın avtovağzalı bağlandı - Məhkəmənin QƏRARI

Tarix: 09-12-2022 16:50     Baxış: 4216 A- / A+

"Binə” Ticarət Mərkəzinin ərazisində avtovağzal aşkarlanıb. 


Manevr.az
-ın məlumatına görə, "Binə” Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin "Binə” Ticarət Mərkəzi olması qeyd olunub.

Bütün bu işlər isə "Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə "Arazaviya" MMC olan şirkətin adı ilə görülüb. 

O da məlum olub ki, "Binə” Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək "yer haqqı” ödəməklə Ticarət Mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir. 

"Binə” Ticarət Mərkəzi ərazisində sərnişin daşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Artıq "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır. 

Agentliyin vəzifəli şəxsi bildirib ki, hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları "Binə” Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla, öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarət-buraxılış məntəqəsindən keçmək mümkündür. 

"Binə” Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal (avtostansiya) fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.

"Arazaviya"nın vəkili deyib ki, ərazi "Binə” Ticarət Mərkəzinin tərkibinə aid olsa da, həmin ərazidə və ona yaxın yerlərdə sərnişin daşıma ilə məşğul olan nəqliyyat vasitələrinin onlarla heç bir əlaqəsi yoxdur. Eləcə də şikayət "Binə” Ticarət Mərkəzinin daxilində deyil, çölündə olan avtobusların fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən Ticarət Mərkəzi heç bir məsuliyyət daşımır. Əvvəllər, yəni pandemiyadan öncə Ticarət Mərkəzinin ərazisində başqa bir MMC tərəfindən müqavilə əsasında avtovağzal (avtostansiya) fəaliyəti mövcud olub. Lakin pandemiyadan sonra həmin şirkət fəaliyyətini dayandırıb və bundan sonra "Arazaviya" MMC-yə məxsus "Binə" Ticarət Mərkəzinin ərazisində hər hansı bir avtostansiya fəaliyyət göstərməyıb.

Məhkəmənin qərarı ilə "Arazaviya" MMC İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, "Arazaviya" MMC-nin təsisçisi Kəbirə Məmmədova olsa da, qanuni təmsilçisi "Binə" Ticarət Mərkəzinin direktor müavini, "Araz-Avia" firmasının prezidenti Əmirova Dilşad Camşidovnadır.(qaynarinfo)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar