Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatların yeni il PLANI – Bayramı harada keçirəcəklər?

Tarix: 09-12-2022 11:38     Baxış: 4229 A- / A+
Deputatların yeni il PLANI – Bayramı harada keçirəcəklər?
Yeni ilin gəlişinə sayılı günlər qalıb. Deməli, bayramı necə, harada keçirmək haqqında düşünməyin zamanı gəlib. Artıq bir çox insan barədə plan quranlar da var.
 
Manevr.az
xəbər verir ki, Bizim.Media deputatlarımızdan bayramı harada, necə keçirəcəkləri ilə bağlı planlarını soruşub.
 
Beləliklə: 
 
Aqil Abbas: “Mən bütün bayramları, o cümlədən də Yeni ili ailəmlə evimdə keçirirəm. Bu, həmişə belə olub, belə də olacaq. Bayramı adam evində keçirər. Ola bilsin, qohumdan, bacı-qardaşdan kimlərsə qonaq gəlsin”. 
 
Fatma Yıldırım: “Bakıda öz evimdə ailəmdə keçirəcəm. Demək olar ki, hər il bu cür qeyd edirik. Hesab edirəm ki, yeni ili ailənlə birlikdə qeyd etmək daha yaxşıdır. Hələ ki, harasa getməklə bağlı planımız yoxdur, heç vaxt da olmayıb”.
Elman Nəsirov: “Yeni ili Cəlilabad rayonunun Təzəkənd kəndində valideynlərim, yaxınlarımla qeyd etməyi planlaşdırıram. Bu, bir ənənədir. Bu dəfə də ənənəmizə sadiq qalaraq həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, həm də Yeni ili ailəmlə keçirəcəm”. 
 
Kamilə Əliyeva: “Yeni il mənim üçün sadəcə təqvim dəyişməsidir. Mən yeni ilin gəlişini Novruz bayramında qeyd edirəm. Ona görə, bu il də həmişə olduğu kimi evdə, ailəmlə keçirəcəm”. 
 
Fəzail Ağamalı: “Biz ailə qayda-qanunlarına görə, adətən, Yeni ili ailəmizlə birlikdə qarşılayırıq. İndiyə qədər heç yerə də getməmişik. Yəqin ki, bu il də o ənənəyə sadiq qalacağıq”.
 
Məlahət İbrahimqızı: “Hələ dəqiq bilmirəm”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar