Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Özəl Sektor, KSM və Gənclər Təşkilatlarının Əlaqələrinin Gücləndirilməsi” forumu keçirilib -ŞƏKİLLƏR

Tarix: 07-12-2022 18:22     Baxış: 4246 A- / A+
Ölkənin aparıcı gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Özəl Sektor, KSM və Gənclər Təşkilatlarının Əlaqələrinin Gücləndirilməsi” forumu keçirilib.

Manevr.az-a verilən məlumata görə, Dövlət qurumları, şirkət nümayəndələri və gənclər təşkilatlarından olan 100 nəfərin iştirakı ilə keçirilən forum NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə öz işinə başlayıb. Forum ümumilikdə rəsmilərin çıxışları və panel müzakirələri olmaqla iki hissədən ibarət olub. Açılış mərasimində ilk olaraq Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatları ilə dövlət və özəl sektor arasında əlaqələrin gücləndirilməsi baxımından keçirilən bu cür təşəbbüsləri dəstəklədiyini bildirib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Huseynov,  KOBİA-nın biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarəolunması departamentinin əməkdaşı Natiq Lahıcov da çıxış edib. Çıxışlardan sonra ümumi müzakirələr aparılıb və tədbir iştirakçılarının ünvanladıqları suallar rəsmilər tərəfindən cavablandırılıb. Tədbirin ikinci hissəsi olaraq “Özəl sektor ilə gənclər təşkilatlarının KSM istiqamətində davamlı əlaqələrin inkişafında mövcud çatışmazlıqlar və onların həlli yolları” və “KSM sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, mövcud qanunvericilik və imkanlar” mövzularında  DMA-nın Sosial Proqramlar şöbəsinin müdiri Vüqar İmanov, EKVİTA şirkətinin Biznesin İnkişafı və Marketinq şöbəsinin rəhbəri Kənan Səlimov, KOBSKA-nın sədri Nigar Ələsgərova,  “OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli, AR Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, KOBİA-nın biznesə xidmətlər departamentinin müdir müavini Emin Abdullayev, AzGranata MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Ülvi Günəşli və Libraff kitab mağazaları şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmovun iştirakı ilə panel müzakirəsi keçirilib. KSM istiqamətində gənclər təşkilatları tərəfindən təkliflərin səsləndirilməsi və onların müzakirəsi ilə forum işini yekunlaşdırıb. Qeyd edək ki, layihə çərçivəsində indiyə qədər qeyd edilən istiqamətdə təlim və görüşlər keçirilib, sonuncu mərhələ olaraq isə AR Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə aidiyyəti sahə üzrə mövcud problemlərə və onların həlli istiqamətində görüşün təşkil edilməsi planlaşdırılır. Layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və AR Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.

Aygün Kərimova,
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası,
İctimaiyyətlə Əlaqələr Katibi


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar