Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"1.50 manatlıq dərman 40 manata satılır, belə şey olar?!" - Rəşid Mahmudov

Tarix: 07-12-2022 11:37     Baxış: 3233 A- / A+

“Türkiyədə bir dərman 10 manatdır, başqa bir dövlətdə 5 manat. Bizdə isə dərman qiymətlərini göyün kəlləsinə qaldırıblar”.
Manevr.az bildirir ki, bu sözləri ölkə.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış doktor Rəşid Mahmudov deyib.
O, apteklərdə  bəzi dərmanların tapılmaması və ya qonşu ölkələrdən bir neçə dəfə baha olması ilə bağlı narazılıqlara da münasibət bildirib:
“Səbəbini bilmirəm. Adicə 1.50 manatlıq “Benzatin” dərmanını bizdə apteklər 39-40 manata satırlar. Niyə bu qiymətə satırlar bilmirəm, kim nə istəyir edir. Soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Özləri bahalaşdırıb pul yığırlar. Bunlar da belə pul yığırlar. Heç kəs onların başının üstündə durub demir ki, bu dərman bura neçəyə gəlib. Özləri qiyməti artırırlar. Soruşmaq lazımdır ki, bu milləti niyə soyursunuz, məqsədiniz nədir. Belə şey olar?!”, - deyə o söyləyib.
Qeyd edək ki, Bakıdakı apteklərdə 75 manat 66 qəpiyə satılan “Qalvus Met” adlı dərman Türkiyədə qat-qat ucuz olması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xatırladaq ki, qiymət artımı müşahidə olunan tək dərman preparatı bu deyil. Daha əvvəl də belə hallar aşkar olunmuşdu. Belə ki, sentyabr ayında apteklərdə yodun tapılmaması daha sonra onun qiymətinin kəskin artması ilə nəticələnmişdi. Əvvəllər 40 qəpiyə satılan yod hazırda 1.20 manatadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar