Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

"500 manatlıq"lar mağazalarda niyə işləmir? - RƏSMİ AÇIQLAMA

Tarix: 07-12-2022 11:34     Baxış: 4206 A- / A+

Azərbaycanda 500 manatlıq pul əsginaslarından istifadə edən vətəndaşlar bəzən müəyyən problemlərlə üzləşirlər. Belə ki, bəzi market və mağazalar bu pulun dövriyyədə olmadığını, bəzən isə bu pulu götürməyə ehtiyat etdiklərini bildirirlər.
 
Manevr.az xəbər verir ki, baku.ws məsələ ilə bağlı rəsmi mövqe öyrənmək və 500 manatlıq əsginaslarla bağlı yaranan çaşqınlığa son qoymaq üçün Azərbaycan Respublikasının Mərkəzi Banka müraciət edib.
 
Qurumdan cavab olaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən 04 noyabr 2021-ci il tarixində 500 manat nominallı xatirə pul nişanı tədavülə buraxılıb:
 
"Qeyd edək ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Qanunu”nun 33.6-cı bəndinə əsasən Mərkəzi Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir".
 
Mərkəzi Bankdan həmçinin açıqlanıb ki, tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır:
 
"Bununla əlaqədar, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir.
 
Bildiririk ki, tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılır. Tədavülə isə yalnız yararlı pul nişanları buraxılır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar