Xəbər lenti
"Qəbələ rayon İcra Hakimiyyətinin başçısı problemlərimizi həll etmir" - VİDEO
Manevr.az Qəbələ rayonu Xırxatala kənd sakinləri tərəfindən redaksiyanın elektron poçtuna göndərilən şikayət məktubunu təqdim edir:
"Biz Qəbələ rayonu Xırxatala kənd sakinləri qazsızlığa və elektrik xəttlərinin qəzalı vəziyyətdə olmasına görə çox əziyyət çəkirik. Həmçinin elektrik dirəklərinin olmamasına görə həyatımız ciddi təhlükə altında olsa da aidiyyatı orqanlar buna diqqət yetirmir.
Xırxatala kəndinin 1500 təsərrüfatı var. Kənd rayon mərkəzindən təxminən 4 km aralıda yerləşsə də, indiyə qədər qaz xətti çəkilməyib. Buna görə elektrik enerjisindən çox istifadə edilir. Evlərimizi elektrik cihazları ilə qızdırırıq. Elektrik enerjisi isə çox zəifdi, lampalar sanki közərir.
Kəndin elektirik dirəkləri yoxdur, buna görə ağaclardan elektrik dirəkləri düzəltmişik. Bunlar isə tez-tez aşır və bu da çox təhlükəlidir. Hətta dirəklərin aşması nəticəsində mal-qaramızı "tok" vurub öldürmüşdü. Bu mənzərəni təqdim etdiyimz videoda baxıb görəndə təcüblənməyin. Sanki Xırxatala kəndi aidiyyatı qrumların yadından çıxıb.
Problemin aradan qaldırlması üçün dəfələrlə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və Qəbələ Elektrik Şəbəkəsinin rəhbərinin qəbulunda olsaq da heç bir tədbir görülməyib.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik. Cənab Prezident, Xırxatala kəndinə qaz xəttinin çəkilməsində, elektrik dirəklərinin təzələnməsində bizə köməklik göstərməyinizi Sizdən xahiş edirik!
Qəbələ rayonu Xırxatala kənd sakinləri;
İbrahimov Ramil Amil oğlu. Tel; 051 662- 31- 33
Gözəlov Vahab Nasir oğlu
Mehdiyev Əfqan Əli oğlu
Kazımov Faiq Nemət oğlu"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar