Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Sərnişinlərin "1 manatlıq" taksilərdən istifadəsi xaotik vəziyyət yaradır" - BNA

Tarix: 06-12-2022 16:29     Baxış: 5366 A- / A+

Bakıda qanunsuz sərnişin daşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişin daşımalara ciddi maneə törədir.
Bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.
M.Ağayev qeyd edib ki, sərnişinlərin "1 manatlıq" taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır:
"20 yanvar" və "Koroğlu" metrostansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir və "1 manatlıq taksilər"dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət yaranır, həm daşıyıcı sərnişin itirir və daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var".
M.Ağayev əlavə edib ki, bəzi hallarda qanunsuz sərnişin daşıma vasitələri dayanacaqların ətrafında elə bir süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur: "Nəticədə sərnişinlər həmin "1 manatlıq" taksilərdən istifadə edirlər".

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar