Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb -ETSN

Tarix: 05-12-2022 14:15     Baxış: 4222 A- / A+
ETSN: Xəzərin Azərbaycan bölməsində suiti cəsədi aşkarlanmayıb
Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin (Phoca caspica) ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün cəsədlərdən nümunələr götürülüb.
 
Manevr.az
xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, suiti cəsədlərinin patoloji materialının laboratoriya tədqiqatları aparıldıqdan sonra onların ölüm səbəbi müəyyən ediləcək.
 
“Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində suiti cəsədinin olması faktı qeydə alınmayıb, lakin yaxın günlərdə belə vəziyyət gözlənilə bilər, yəni suiti cəsədləri Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilə bilər”, - o vurğulayıb.
 
Qeyd edək ki, Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırki suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşar olması ehtimalı irəli sürülüb.
Xatırladaq ki, Xəzərdə suitilərin kütləvi ölüm halları artıb. Qırmızı Kitaba düşən suitilərin sayı artaraq 2500-ə çatıb.
 
Hazırda Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ölmüş suitilərin sayını hesablamağa davam edir. Qeyd olunur ki, ölü heyvanlar Yüzbaş ərazisində, eləcə də Sulak və Şurinka çaylarının mənsəbləri arasında aşkar edilib.
 
Bildirilib ki, son 10 ildə suitilərin bu cür kütləvi ölümü aşkar edilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar