Xəbər lenti
Sumqayıtda avtobus dayanacağını taksilər "zəbt" edib -ŞƏKİLLƏR

Sumqayıt gözəldir, gün-gündən abadlaşır deyirik, amma hərəkətimiz, davraşımızla bu gözəlliyə xələl gətiririk. Mədəni şəhərlərdə olduğu kimi, Sumqayıtda da hər şey yerində olsa, şəhərin görünüşü daha da göz oxşayar, gözəlliyi birə min artar. Aktuallığı ilə gündəmdən düşməyən problemlərdən biri də dayanacaqların taksilər tərəfindən "zəbt" olunmasıdır. Sumqayıtda dayanacaqlar sanki marşrutlar yox, taksilər üçündür. Təəssüflər olsun ki, şəhərin bir çox yerində bu cür mənzərə ilə qarşılaşırıq. Köhnə mərkəzi bazarın arxasında, 30, 15 nömrəli və digər marşrutların dayanacığında isə əsl dərəbəylik və biabırçılıqdı. Taksi sürücülərinin burada yaratdığı xoşagəlməz vəziyyət haqlı olaraq sakinlərin narazılığına səbəb olur. Ancaq nə fayda. Müşahidə kamerası altında baş verən bu "taksi oyun"u xeyli vaxtdır davam edir. Dayanacaqda "kök salmış" taksilər marşurut avtobuslarının dayanmasına, əsasən, məktəbli sərnişinlərin avtobusa minib düşməsinə ciddi maneçilik yaradır. Bu cür kobud qanun pozuntusu həm avtobus sürücülərinin, həm də sərnişinlərin əsəblərini tarıma çəkir. İnanırıq ki, müvafiq qurumlar və cavabdeh şəxslər artıq bu qanunsuzluğa göz yummayacaq, ""Nasosnu”ya 1 manata" deyib səsini ucaldan taksi sürücülərini avtobus dayanacağından uzaqlaşdıracaqlar.
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar