Xəbər lenti
Naxçıvanda nə baş verir? - Cavab çox sadədir...
Neçə gündür ki, sosial şəbəkələrdə, mediada, siaysi dairələrdə Naxçıvanla bağlı xəbərlər yayılır. Müxtəlif spekulyasiya və dezinformasiya tipli xəbərlər yayılır, proseslələ başqa don geyindirilir.
Əslində Muxtar Respublikada baş verir? Bəlli olduğu kimi, koppupsiya və rüşvət hallarına qarşı sərt tədbirlər həyata keçirilir. Və Naxçıvan da Azərbaycanın ayrılmaz hissəsi olduğundan orada da müəyyən tədibrlər həyata keçirilib. Korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər çərçivəsində burada həbslər olub. Və oradakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Bu səbəbdən də baş verən hadisələrə müxtəlif siyasi don geyindirməyə çalışan müxalifət funksionerlərinin fikirləri yersizdir. Faktlarla danışaq. Bəlli olduğu kimi, Naxçıvan gömrüyündə əvvəlki rəhbər Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub. Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, "yeyinti" ilə bağlıdır. Ən basilica səbəb də budur. Başqa bir fakt. Hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.
Bu gün Naxçıvanda quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaq.
Digər dövlət qurumları kimi, Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırması normal praktikadır və burada təəccüblü nəsə yoxdur.
Prezident İlham Əliyevin vurğuldığı kimi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır və bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Bəli, korrupsiya və rüşvətxorluq halları bütün ölkələrdə var. Əsas məsələ odur ki, dövlət və hökumət bu məsələlərə hansı prizmadan yanaşır. Azərbaycanda bu məsələlərə dözümlülük sıfır səviyyəsindədir və görülən işlər də bunu təsdiqləyir. Rüşvət və korrupsiyaya yol verən şəxslər vəzifəsindən və mövqeyindən asılı olmayaraq məsuliyyətə alınacaq və alınır da.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar