Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bir neçə ay ərzində 100 minlik tenderləri udan Vüsalə Sultanova kimdir? - FAKTLAR

Tarix: 30-11-2022 12:17     Baxış: 5188 A- / A+

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Dəyəri 58 min 500 manat 44 qəpik olan 2 tender müsabiqəsinin qalibi "SL 99 Corp” MMC (VÖEN – 1102638151) olub. MMC kollecdə əsaslı və cari təmir işləri həyata keçirəcək.

Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan şirkət 22.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. "SL 99 Corp” MMC-nin qanuni təmsilçisi isə Sultanova Vüsalə Vaqif qızıdır.

Bu şəxs qeyd olunan ünvanda qeydiyyatda olan daha bir-neçə şirkətə rəhbərlik edir. Sultanova Vüsalə Vaqif qızı "Delta 10 LT” MMC (VÖEN – 1102638281), "Smart 86 Corp” MMC (VÖEN – 1102638431) və "Yaşam 88 LT” MMC-nin (VÖEN – 1102638301) də rəhbəridir.

Onu da qeyd edək ki, Sultanova Vüsalə Vaqif qızının rəhbərlik etdiyi şirkətlərdən biri - "Smart 86 Corp” MMC dünən (29.11.2022) AMEA-nın nəzdindəki Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun keçirdiyi 11 min 200 manatlıq tenderin də qalibi olub.
Ümumilikdə isə 5 ay əvvəl dövlət qeydiyyatına alınmalarına baxmayaraq bu şirkətlər fərqli istiqamətlərdə dəyəri 100 minlərlə manat olan onlarla tenderin qalibi olmağı bacarıb.

Bir daha xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.

Cəmi 5 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil./yeniavaz.com 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar