Xəbər lenti
Nəcməddin Sadıkovun oğlunun biznes ortağına cinayət işi açıldı
Manevr.az pravda.az-a istinadla xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Belə ki, Kamal Akimov Əsgərov Azərə qarşı hədə-qorxu ilə tələb edib.
Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, uzun illərdir mətbuatda Akimov Kamal Akimoviçin Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlu ilə biznes ortaqlığı olduğu yazılır.
Bildirilir ki, beton bloklar, yer daşı, səki daşı, qazon daşı, pilləkənlər və digər bu cür məhsulların istehsalı ilə məşğul olan "Keystone” MMC adlı şirkət 2010-cu ildə Kamal Akimoviç Akimov və Nəcməddin Sadıkovun oğlu Məhəmməd Sadıkov tərəfindən təsis olunub. Şirkətin qanuni təmsilçisi Akimov Kamal Akimoviçdir.
Hazırda dövlət büdcəsinə böyük miqdarda – 541 888 manat 20 qəpik vergi borcu olan şirkətin Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində fəaliyyət göstərən zavodunu da Kamal Akimova məxsus olduğu bildirilən "Sterling Group” MMC tərəfindən inşa olunub. "Sterling Group” MMC 2003-cü ildən fəaliyyət göstərir. Bu şirkətin də ofisi "Keystone” MMC ilə eyni ünvanda - "Azure Plaza”da (Nobel pr. 15, 24-cü mərtəbə) yerləşir.
Şirkətin direktoru Elvan Şıxəli oğlu Mirqəliyevdir. Bu şəxs həm də vaxtı ilə "Keystone” MMC-nin direktoru olub. Kamal Akimov 2013-cü ildə ABŞ-ın Kaliforniya ştatında "American Sterling Group, İNC” adlı şirkət də təsis edib.
Bunlardan başqa 2016-cı ildə "Keystone” MMC-yə məxsus zavodun yerləşdiyi ünvanda - Müşfiqabad-Sahil yolunun 6-cı kilometrində Kamal Akimovun direktor olduğu "Sterling Group Ltd” MMC adlı daha bir şirkət təsis olunub.
Xatırladaq ki, bir müddət əvvəl isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Akimov Kamal Akimoviç barəsində məhkəmə iddiası qaldırmışdı. Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı idi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar