Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Mənzil alqı-satqısı zamanı ƏDV-ni almağın qaydası - VİDEO

Tarix: 29-11-2022 10:51     Baxış: 4386 A- / A+
Mənzil alqı-satqısı zamanı ƏDV-ni almağın qaydası - VİDEO
Mənzil alarkən ödənilən alavə dəyər vergisinin geri qaytarılması prosesi artıq başlayıb.
 
Manevr.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədov "Xəzər Tv"yə bildirib ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün portal (//new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verilib.
 
Şöbə rəisi bildirib ki, bina tikintisi ilə məşğul olan şəxslər bu portala daxil olaraq alıcıya qaydaların tələblərinə uyğun elektron qaimə-faktura tərtib etməlidirlər. Bundan sonra, alıcı şəxsi kabinetində yerləşən keçid vasitəsilə qaydaların tələblərinə uyğun şəkildə ödənişləri həyata keçirməlidir. Vətəndaş ödənişləri fərdi qaydada bank vasitəsi ilə də edə bilər. Ödənişlər tam edildikdən sonra alıcının elektron kabinetində müvafiq ərizə forması doldurulur və təsdiqedici sənədlər əlavə olunaraq portal vasitəsilə ƏDV-nin geri qaytarılması ilə bağlı müraciət edilir.

Telman Məmmədovun sözlərinə görə, yaşayış və qeyri-yaşayış sahələrinin çıxarışı olduğu halda alıcı ilə müqavilə notarial qaydada aparılır. Alqı-satqı müqaviləsi təsdiqləndikdən sonra, alıcı müvafiq elektron qaimə- fakturanı notariusa təqdim etməli və notariusdan ödənişin əsas məbləğini satıcının bank hesabına, geri qaytarılacaq məbləği isə əlavə dəyər vergisinin depozit hesabına köçürülməsini tələb etməlidir.
 
Şöbə rəisi əlavə edib ki, alıcı eyni binadan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Qaytarılacaq ƏDV məbləği alıcıya 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar