Xəbər lenti
“Azərişıq”da ayrı-seçkilik - İDDİA
Oxucumuz Füzuli Cəlal oğlu Nəbiyevin Manevr.az-ın elektron poçtuna göndərdiyi şikayət məktubunu olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyev Cənablarına
surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti
hörmətli Mehriban Əliyevaya
surəti:Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədova
surəti:Azərbaycan Respublikasının Milli Məclisin Sədri
Hörmətli Sahibə Qafarovaya
surəti:İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Hörmətli
Səbinə Əliyevaya
surəti:Azərbaycan Respublikasının Energetika
naziri cənab Pərviz Şahbazova
“Azərişıq” ASC, Sumqayıt Elektrik Şəbəkəsinin
sabiq işçisi Nəbiyev Füzuli Cəlal oğlu
tərəfindən
Ünvan :Sumqayıt ş., 14-cü məh., bina-1a/3b, m-15
Telefon : 077 465 89 19
"Mənim 67 yaşım var. Ali təhsilli mühəndis-energetikəm. YAP-ın üzvüyəm. Oğlum Vətən müharibəsi iştirakçısıdır. Hazırda cəbhə bölgəsindədir. 1998-dən energetika sahəsində rəhbər vəzifələrdə işləmişəm. 44 günlük Vətən müharibəsində iştirak edən oğluma görə keçirdiyim stress, həyəcana görə açıq ürək əməliyyatı edildim. Uzun müddət xəstəxanada müalicə alan pensiya yaşıma görə idarə tərəfindən təzyiqlərə məruz
qaldım. Ağır ürək əməliyyatı keçirdiyim üçün təzyiqlərə dözməyib öz xahişimlə işdən çıxma ərizəsi yazmağa məcbur qaldım. Nə peşəkar energetik olmağıma, nə uzun müddətli iş təcrübəmə, nə ali təhsilimə məhəl qoyulmadı. Vətən müharibəsində iştirak edən oğluma görə heç bir hörmət qoymadan mənə təzyiq edib, öz xahişimlə ərizə yazmağa vadar etdilər. Bildirdilər ki,:-“Möhtərəm İlham Əliyev Cənablarının yürütdüyü
Gənclər siyasətini rəhbər tutaraq bütün pensiyanerləri işdən azad edib yerlərinə cavan kadrlar təyin edirik” Sonradan bildim ki, aldadaraq tək məndən işdənçıxma ərizəsi alınıb. Aşağıdakı pensiyanerləri (soyad, ad və yaşları göstərilib)isə işdə saxlayıblar:
1.Qasımov Əyyar-74, 2.Əliyev Əhmədəli-69, 3.Hacıbalayev Teymur-68, 4.Hacıyev Eldar-68, 5.Məmmədov Famil-67, 6.Əliyev İlyas-67, 7.Şahsuvarov Nazim-66, 8.Nəzərov Əfqan-66, 9.Həsənov Fərhad-66, (10.Həşimzadə) 11.İntizam-yaşı-66, 12.Turabov Aydın-yaşı-66, 13. Baxışov Saleh-yaşı-65, 14.Əhmədov Zahid-65, 15.İsmayılova Gülnarə-65, 16.Alqayeva Abidə-64. Bunlar işdə qalan işdə yüzlərlə pensiyaçıların 16-sıdır. Həm pensiya, həm maaş, həm də mükafat alırlar. Maaşdan əlavə hər ay mükafat da yazılır. Mənsə tək pensiyanın ümidinə qalmışam. Onlar kimi mən də işləmək istəyirəm. Nə üçün ayrı-seçkilik edilir?
“Azərişıq” ASC-nin İşlər İdarəsinin rəsi S.Baxışov bu suallarımı cavabsız qoyur. “Ştatda vakansiya yoxdur”, yazmaqla kifayətlənir. Lakin məndən sonra həm ştatla, həm də podrat müqaviləsi ilə işə çox sayda işçi qəbul edilib. Məni də ən azı podrat müqaviləsi ilə işlə təmin etmək olardı. Vakansiya yoxdursa, bu qədər adam necə işə qəbil edilir? Xahiş edirəm, ya işlə təmin edilməyim mənə də köməklik göstərəsiniz, ya da ərizəmdə
adlarını sadaladığım pensiyanerləri də işdən azad edib yerinə gənc kadrlar təyin etməklə Azərişıq ASC-dəki bu ayrı-seçkiliyə son qoyasınız.
Əvvəlcədən Sizə minnətdarlıq edirəm.
Hörmətlə; Nəbiyev F.C."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar